""Şirinlik" təhsilimizə baş ucalığı gətirən əlamət deyil" - TƏHSİL EKSPERTİ AÇIQLADI

12 May 2023 13:51 (UTC+04:00)

"“Qulaq gündə təzə söz eşitməsə kar olar” - atalar sözündə həqiqət varmış... “8 mart qadınlar günü” və 5 oktyabr “Müəllimlər Günü” münasibətilə pul yığılması, hədiyyə alınması ənənəsinə, birinci siniflərə qəbul zamanı "şirinlik" verilməsi yarlığı da əlavə olundu. Bu, bayram günlərində kimin nə məqsəd daşıdığından asılı olmayaraq, müəllimi və ya məktəb rəhbərliyinin digər nümayəndələrini təbrik etmək üçün hədiyyə vermək və yaxud hədiyyə almaq üçün pul yığmağı hardasa başa düşdük, ancaq birinci siniflərə qəbul zamanı birinci siniflərə qəbul zamanı "şirinlik" verilməsi verilməsinin başa düşülməsi bir az qəliz məsələdir. Belə çıxır ki, "şirinlik"lə uzun illərdən bəri əsasını goyduğumuz “təməl daşını” bir az da möhkəmləndirmiş oluruq". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.

Nadir İsrafilov sözlərinə belə davam edib: "Digər ölkələri və xalqları deyə bilmərəm, ancaq onu bilirəm ki, "şirinlik" anlayışı türklərdə də (belirtme hâli şirinliği), ruslarda da (магарыч) var. Lakin, bu kimi və ya kimlərisə xoş bir hadisə münasibətilə qonaq etmək, bizim dildə desək şirinlik vermək anlamına gəlir. Elə bizim özümüzdə də kiminsə övladı olanda, övladı ali məktəbə daxil olanda, hərbi xidməti başa vurub ailəsinə qayıdanda şirinliklər, qonaqlıqlar veriblər. Və bizim mentalitetə görə adətən "şirinlik" verilir, istənilmir. Görünür, bir az da “irəliyə getmək” iddiası bu sahəyə də sirayət edib, getdikcə “təkmilləşmə” vasitəsinə çevrilib.

İstənilən halda təhsilimizə baş ucalığı gətirən əlamət deyil. Məsələnin kökü bir çox məktəblərdə şagird yelərinin defesit olması ilə əlaqədardır. Defesiti aradan qaldırmaq lazımdır. Baxmayaraq ki, bu istiqamətdə müəyyən işlər görülüb və görülməkdədir.

2023-2024-cü dərs ilində ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron sənəd qəbulu ilə əlaqədar alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərir. Sistemi vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın alternativ qeydiyyat mərkəzinə müraciət edə bilmələri üçün şərait yaradılıb. Belə qənaətə gəlmək olur ki, əgər sistem tərəfindən sənədlər qəbul edilibsə, bu prosesdə məktəb direktorunun edə biləcəyi bir şey yoxdur. Bununla belə sistemdə olan müəyyən boşluqlar, texniki nasazlıqlar bu kimı halların yaranmasına əsas verə bilər. Bir də ki, Nazirlik rəsmisi yarana biləcək məsələyə kifayət qədər aydınlıq gətirib: “Belə hallarla qarşılaşan zaman valideynlər Elm və Təhsil Nazirliyinin qaynar xəttinə, hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər. Bu kimi hallar qarşlıqlı anlaşma yolu ilə baş verdiyi kimi, bunun qarşısı da ancaq qarşılıqlı səylər yolu ilə alına bilər. Əslində elektron sənəd qəbulu “şirinlik”lə bağlı sövdələşməni minimuma endirməlidir".

Ayşən Vəli