"Avroviziya-2023"ün ikinci yarımfinal mərhələsi başa çatıb - YENİLƏNİB

12 May 2023 01:40 (UTC+04:00)

"Avroviziya-2023"ün ikinci yarımfinal mərhələsi başa çatıb. SİA xəbər verir ki, bu mərhələdə finala adlayan ölkələr Albaniya, Kipr, Estoniya, Belçika, Avstriya, Litva, Polşa, Avstraliya, Ermənistan, Sloveniya olub.

Xatırladaq ki, 9 mayda keçirilən birinci yarımfinalda isə Xorvatiya, Moldova, İsveçrə, Finlandiya, Çexiya, İsrail, Portuqaliya, İsveç, Serbiya, Norveç finala yüksəlib.

Azərbaycan birinci yarımfinal mərhələsində çıxış etsə də, finala keçə bilməyib.

Final mərhələsi 13 may tarixində keçiriləcək.