Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2022-ci ilin avqustunda meymunçiçəyi xəstəliyinin yayılması ilə əlaqədar tətbiq edilən fövqəladə vəziyyətinin ləğv edildiyini açıqlayıb. SİA xəbər verir ki, bu barədə təşkilatın rəhbəri Tedros Qebreyesus məlumat yayıb.
“Fövqəladə hallar komitəsi dünən beşinci iclasını keçirdi və mənə beynəlxalq narahatlıq doğuran ictimai sağlamlıq fövqəladə vəziyyətinə son qoymağımı tövsiyə etdi. Mən bu tövsiyə ilə razılaşdım", - Qebreyesus bildirib.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2022-ci ilin may ayına qədər 110 ölkədə 87 000 meymuna yoluxma hadisəsi və 112 ölüm halı qeydə alınıb.