Blinken Şarl Mişellə Cənubi Qafqazda sülhü müzakirə edib

11 May 2023 09:37 (UTC+04:00)

ABŞ dövlət katibi Entoni Blinken Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə Cənubi Qafqazda sülhü müzakirə edib.

SİA xəbər verir ki, bu barədə Entoni Blinken "Twitter" paylaşımında bildirib:

“Aİ Şurasının Prezidenti Şarl Mişellə bu gün Ukrayna üçün dəstəyi, Cənubi Qafqaz sülhünü və bizim transatlantik tərəfdaşlığımızı dərinləşdirməyi müzakirə etmək əladır”, - Blinken qeyd edib.