Serial çəkilişlərində bədbəxt hadisə yaşanıb - FOTO

11 May 2023 06:47 (UTC+04:00)

Baş rollarda Serenay Sarıkaya ilə Kıvanç Tatlıtuğun oynadığı "Ailə" serialının çəkilişlərində bədbəxt hadisə baş verib. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, serialın 11-ci bölümnün çəkilişlərində baş verən qəza nəticəsində bəzi işçilər yaralanıb.

Sosial media hesabından açıqlama verən "Ay Yapım" şirkəti bildirib ki, qəzanın baş vermə səbəbi ilə bağlı araşdırma aparılacaq:

"Serialın 11-ci bölümünün təsirli səhnəsinin çəkilişləri zamanı üzücü hadisə baş verdi. Bəzi həmkarlarımızın xəsarət almasına səbəb olan hadisə ətrafında araşdırmalar aparılır. Hər cür araşdırma və müayinə aparılacaq. Nəticələri açıqlayacağıq. Bütün həmkarlarımıza uğurlar arzulayırıq".