Mayın 10-da Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin qarşısında Ümummilli Liderin anadan olmasının 100 illik yubileyi münasibəti ilə möhtəşəm ümumrayon bayram konserti keçirilib.
Daşkəsən Rayon İcra Hakimiyyəti rəhbərliyinin təşkilatçılığı ilə keçirilən bayram konsertində Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu və minlərlə daşkəsənli böyük bayram əhval-ruhiyyəsində iştirak edib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, xoş anlarla yadda qalan konsertdə tanınmış incəsənət xadimlərinin və müğənnilərin çıxışları alqışlarla qarşılanıb.
Tədbirin sonunda atəşfəşanlıq təşkil olunub.