Ümummilli liderim, ey əbədi Öndərim

10 May 2023 12:24 (UTC+04:00)

Fəth etdiyin zirvələr adım-sanım, şöhrətim,
Ruhun gəzən hər diyar dünya boyda sərvətim,

Könüllərdə yerin var, yaşadacaq millətim,
Doğan ayım-ulduzum, al günəşli səhərim,
Ümummilli liderim, ey əbədi Öndərim!

Zəngəzurdan yol gedir Göyçəmə, Ağbabama,
İrəvana, Təbrizə, öz doğma el-obama,
Qalibiyyət yaraşır Heydər oğlu İlhama,
Aləmə səs salacaq hələ neçə zəfərim,
Ümummilli liderim, ey əbədi Öndərim!

Yolumuzu gözləyən yurd-yuvam, torpağım var,
Düşmənə sinə gərən dağ cüssəli dağım var,
Dəmir yumruq silahı, Ər oğlu dayağım var,
Müsəlləh dayanıbdı qalib ordum, əsgərimiz,
Ümummilli liderim, ey əbədi Öndərim!

Adınla pərvazlanır daim şöhrətim-şanım,
Zəfərlərə aparır hər dəqiqəm, hər anım,
Nur çiləyir dörd yana doğma Azərbaycanım,
Bayram edir bu günü hər kəndim, hər şəhərim,
Ümummilli liderim, ey əbədi Öndərim!

Zahid Əziz