Heydər Əliyevin 100 illiyinə həsr olunan üzgüçülük turniri keçiriləcək

10 May 2023 10:32 (UTC+04:00)

Azərbaycan Üzgüçülük Federasiyası Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan turnir keçirəcək. Qurumdan SİA-ya verilən məlumata görə, yarış mayın 12-13 tarixlərində Bakı Su İdman Sarayında təşkil olunacaq.

Turnirdə 20-yə yaxın komanda müxtəlif yaş qruplarında öz gücünü sınayacaq. Açılış mərasimi mayın 12-də olacaq.