Məşhur amerikalı aktyor Robert de Niro yeddinci dəfə ata olub. SİA xəbər verir ki, bu barədə "Et Canada" nəşrki yazıb.
Jurnalist sual verən zaman ona “Mən bilirəm ki, altı uşağınız var” deyib, bu zaman De Niro suala müdaxilə edib: “Əslində yeddi, mənim yenicə uşağım olub".
2018-ci ildə 20 illik həyat yoldaşından ayrılan 79 yaşlı aktyorun sonuncu uşağının anasının kim olduğu bilinmir.
Qeyd edək ki, Robert de Niro "Xaç atası 2", "Taksi sürücüsü", "Bir dəfə Amerikada", "Böyük ümidlər" və digər çoxsaylı filmlərdə rol alıb.