Azərbaycan paralimpiya millisi üzgüçülük üzrə dünya seriyası yarışında iştirak edəcək

9 May 2023 11:38 (UTC+04:00)

Azərbaycan paralimpiya millisi üzgüçülük üzrə dünya seriyası yarışında iştirak edəcək. Bu barədə SİA-ya Milli Paralimpiya Komitəsinin məlumat verilib.

Qeyd olunub ki, Almaniyanın paytaxtı Berlində baş tutacaq yarış bu gün start götürəcək.

Dünya seriyası mayın 15-dək davam edəcək.