Bir qrup hərbçi Həzi Aslanovun məzarını ziyarət edib

9 May 2023 11:34 (UTC+04:00)

Mayın 9-da faşizm üzərində Qələbə münasibətilə bir qrup hərbi qulluqçu Həzi Aslanovun məzarını ziyarət edərək abidəsi önünə gül dəstəsi qoyub. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsi ehtiramla yad edilib.