Qızıl bahalaşıb?

9 May 2023 11:02 (UTC+04:00)

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti (iyun müqavilələri üzrə) 0,06% artaraq, 2 034,4 ABŞ dollarına bərabər olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti (iyul müqavilələri üzrə) isə 0,11% azalaraq, 25,81 dollar təşkil edib.