Mehriban Xanlarova bacısının səhhəti ilə bağlı paylaşım edib

9 May 2023 04:43 (UTC+04:00)

Əməkdar artist Mehriban Xanlarova növbəti dəfə bacısının səhhəti ilə bağlı paylaşım edib. SİA xəbər verir ki, sənətçi bacısını həkim yoxlanışına gətirdiyini və onun hazırda yeriyə bilmədiyini bildirib.

O xatırladıb ki, bacısı bir müddət əvvəl ağır insult keçirib, bundan sonra yeriyə bilməsi üçün müalicəyə başlayacaq.

Həmçinin sənətçinin paylaşdığı görüntüdə bacısının üzünü gizlətməsi də diqqətdən qaçmayıb.