Nigar Avroviziya təmsilçilərimizin geyiminə NƏ DEDİ?

9 May 2023 03:38 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, ölkəmizi bu il Avroviziya mahnı müsabiqəsində təmsil edən Tural və Turan Bağmanov qardaşlarının dünən açılış mərasimindəki səhnə obrazları müzakirələrə səbəb olub. SİA xəbər verir ki, 2011-ci ildə həmkarı Eldar Qasımovla birlikdə Avroviziyada qalib gələn müğənni Nigar Camal 200 mindən çox izləyici olan jurnalist Pərviz Hüseynin instaqramda yazdığı iradlarına rəy bildirib. Sosial mediadakı müzakirələrə biganə qala bilməyən sənətçi onların obrazlarını bəyəndiyini qeyd edib.

"Maraqlı geyimlərdir axı, fərqli...", - deyə ulduz qeyd edib.

Məlumat üçün bildirək ki, qardaşlar "Tell me more" mahnısı ilə Liverpul şəhərində çıxış edəcəklər. Əkizlər mayın 9-da 1-ci yarımfinalda 12-ci nömrə altında səhnəyə çıxacaqlar. Müsabiqə İctimai Televiziyanın canlı yayımında təqdim olunacaq.