Britni Spirs ölüb?

9 May 2023 00:10 (UTC+04:00)

Britni Spirsin sosial şəbəkələrdəki hesablarını başqa şəxs idarə edir və ulduzun özü öldürülərək gizlədilib. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu qənaətə müğənninin şəxsi bloqunu diqqətlə izləyən internet istifadəçiləri və sadiq pərəstişkarları gəliblər.

Qeyd edək ki, hər şey Britni Spirsin profilindəki qorxunc video ilə başlayıb.

Belə ki, görüntülərə yavaş çəkilişdə baxıldıqda, fanatlar dəhşətli xüsusiyyət gördüblər. Onların fikrincə, görüntülənən Britni deyil, ona bənzər maska taxan başqa bir adamdır.

Və qəfil hərəkətlərlə bu maska ​​başqa bir insanın gözlərini göstərərək yox olur. Maraqlıdır ki, daha sonra bu video Britninin profilindən silinib. Məsələ bundadır ki, müğənninin nəşrləri ilə bağlı şərhlər də bağlanıb.

“Mən sui-qəsd nəzəriyyələrinin pərəstişkarı deyiləm, amma onunla bağlı sosial şəbəkələrində olan hər şeyi izləyirəm, amma indi nəsə düzgün deyil. Bu, onun yazdıqları deyil və bir çox xırda şeylər üst-üstə düşmür”.

Bunu Britninin fanatlardan biri sosial mediada yazıb.

Yeri gəlmişkən, Britni Spirsini dublyoru əvəz etməsi ilə bağlı nəzəriyyələr bir neçə il əvvəl müğənninin avtomobil qəzasına düşməsi zamanı ortaya çıxıb.

Ağasəf Babayev