Malayziyanın nüfuzlu ali təhsil ocaqlarından olan Malaya Universitetinin Beynəlxalq və strateji tədqiqatlar fakültəsində “Azərbaycan Respublikasının xarici siyasəti və Heydər Əliyev” mövzusunda elmi təqdimat keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Malayziyadakı səfirliyinin diplomatı Elsevər Salmanov tarixi faktlar və sənədlərə əsaslanan təqdimatında Azərbaycanın xarici siyasət prioritetlərinin tarixi arxa planı, Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın dövlətçiliyinə olan əvəzsiz xidmətləri, ölkəmizin coğrafi mövqeyinin yaratdığı çağırış və imkanların idarə olunması, Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyəti, erməni probleminin tarixi kökləri və bugünkü vəziyyəti haqqında ətraflı məlumat verib, tədbir iştirakçılarının suallarını cavablandırıb.
Heydər Əliyev strategiyasının Prezident İlham Əliyev tərəfindən layiqli və məqsədyönlü şəkildə davam etdirilərək ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi faktı başda olmaqla, Azərbaycanın dünyada artan nüfuzunun əsasları faktlarla izah edilib.