Mayın 8-də “Crystal Group of Companies” ASC-nin kollektivi müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq Fəxri Xiyabanda Ümummilli liderin əziz xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri düzüblər. SİA xəbər verir ki, daha sonra şirkətin akt salonunda “Crystal Group of Companies” ASC-nin sifarişi ilə hazırlanmış xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı videoçarxa ictimai baxış keçirilib. Videoçarxda öz xalqını zamanın mürəkkəb tarixi siyasi sınaqlarından uğurla çıxarmış və onu əbədi müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətə sadə xalq sevgisindən bəhs olunur.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə 2023-cü il Ulu Öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq "Heydər Əliyev İli” elan edilib.