Vətənə, Dövlətə, Xalqa sədaqət
Ulu Öndər Heydər məhəbbətiydi.
Xalqın xoş günüyçün çəkdiyi zəhmət
Xalqa sevgisinin əmanətiydi.
Dünyaya tanıtdı Azərbaycanı
O, öz qüdrətiylə ad-san qazandı.
Dar günündə xalqın O, çıraqbanı
Vətəni qurtulmaq "Quran"a andı.
Allah da qorudu Onu bəladan
30 il Vətənə rəhbərlik etdi.
Qurtulduq əzabdan, hər cür xətadan
Bu xalqı İlhama vəsiyyət etdi.
100 illik Yubileyə gəlib qonaqlar
Möhtəşəm Bayramdır yer kürəsində.
Uca binalarda yanır çıraqlar
Ulu Öndər Heydər göy qübbəsində!
Mürsəlova Ofelya Mürsəl qızı
ADPU-nun pedaqogika kafedrasının sabiq baş müəllimi