Şahzadə Herrinin xanımı, 41 yaşlı Susseks hersoginyası Meqan Markl Kral III Çarlzın tacqoyma mərasiminə qatılmayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb kimi övladı Arçinin doğum gününün həmin tarixə təsadüf etməsi olub. Mark oğlunun yanında olmaq üçün mühüm tədbirə getməkdən imtina edib.
Həmin tarixdə Meqan dostları ilə dağ gəzintisində də görüntülənib. 40 dəqiqəlik yürüyüşdə onu dostları, aktyor Markus Anderson və fitnes məşqçisi Hizer Dorakın müşayiət edib.