Rep ifaçısı yeni trekini təqdim edib - VİDEO

8 May 2023 04:49 (UTC+04:00)

Rep ifaçısı PRoMete (Pərviz İsaqov) yeni trekini təqdim edib. SİA xəbər verir ki, sözləri PRoMetenin özünə, musiqisi isə Mantra Beats-ə məxsus olan mahnı "Unutqanın mahnısı" adlanır. Sözügedən iş sənətçinin rəsmi “YouTube” kanalında və bütün musiqi platformalarında təqdim olunub.

Qeyd edək ki, mayın 12-də yerli məkanların birində PRoMete yenidən sevənlərini bir araya yığıb, konsert verəcək. Gecədə eyni zamanda gənc müğənni Hiss də yer alacaq. Biletlər iTicket.az-da və şəhərin bütün kassalarında satışdadır.