"Kuruluş Osman"ın məşhur cütlüyü nişanlandı - FOTO

6 May 2023 08:36 (UTC+04:00)

Türkiyədə yayımlanan "Kuruluş Osman” serialında rol alan Buse Arslan həmkarı Çağrı Şensoyla nişanlanıb. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, cütlüyün nişanı aktrisanın evində baş tutub. Gözəl aktrisa nişanı üçün arxası ağ, qara detallı paltara üstünlük verib. Zərifliyi və sadə makiyajı ilə diqqət çəkən aktyoru həmkarı Salih Bademci də tək qoymayıb.

Qeyd edək ki, cütlük "Kuruluş Osman” serialının çəkilişləri zamanı tanış olub.