Bəstəkar-müğənni Aisel (Aysel Məmmədova) “ON” albomundan növbəti klipini təqdim edib. SİA xəbər verir ki, musiqisi ifaçının özünə, sözləri Nəriman Abbaszadəyə aid olan mahnının aranjimanını Emin Kərim (STKHA) ərsəyə gətirib.
Aisel ekran işi üçün bir neçə obrazda kamera qarşısına keçib. Klipdə 620 min manatlıq “Bentley” avtomobilinin istifadə olunması diqqət çəkib.
Qeyd edək ki, layihənin rejissoru ifaçının bundan əvvəlki - “Qaradan qara” klipinin həm xoreoqrafiyasını, həm də rejissorluğunu icra edən Röyal Cəfərovdur.
Epizodik rollarda Aiselin dostları müğənni Elnur Hüseynov və model Rəşidə Süleymanova çəkilib.
Xatırladaq ki, “SS production” şirkəti tərəfindən təqdim edilən “ON” albomu 2 aydan çoxdur ki, “Apple Music Azərbaycan Top 100” çartındadır.