Öncə Vaşinqtonda, sonra Moskvada: BƏS NƏTİCƏ?

5 May 2023 22:45 (UTC+04:00)

Artıq bir həftədir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşinqtonda danışıqlar aparırlar. Danışıqlar prosesi Sülh müqaviləsinin bağlanması üçün çox kritik mərhələdir. ABŞ dövlət katibi Entoni Blinken tərəflərin bir çox məsələdə razılaşdıqlarını ucadan səsləndirsə də, bu danışıqların bir də Moskva vaxtı var və orada erməni diplomatiyasının hansı hoqqalardan çıxacağı bəribaşdan təxmin ediləndir. Genetik olaraq daima riyakar, mövqesiz məxluq olan ermənilər vəziyyətə görə rəng dəyişən məxluqdurlar. Bunlar vəziyyətə görə yaşayan toplumdur, bunlarla münasibətdə əlindəki çomağı qəti yerə qoymamalısan! Min təəssüf ki, neçə yüzilliklərdir bu reallığı dərk etsək də, hər dəfə çomağı yerə qoyub başımıza min bir müsibət açırıq...

Ermənistan üçün İkinci Qarabağ müharibəsinin nəticələrini rəsmiləşdirmək, sülh müqaviləsi imzalamaq və sərhədləri müəyyənləşdirmək, Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdığını elan etmək qaçılmaz məsələdir. Amma indiki vəziyyətdə onlar nə edirlər? Bütün əsrlərdə ipi başqalarının əlində olan, müstəqil dövlətdən daha çox siyasi mariyanetka funksiyası daşıyan bu rəzil ölkə, yenə nala-mıxa vurmaq “diplomatiyası” seçib. Vaxtı uzatmağa, kimlərinsə yenidən ona “nəfəs” verəcəyinə ümid bəsləyirlər. Sözsüz ki, söz verənləri “boğaza kimidir”. Makrondan, Baydendən tutmuş PUA hücumundan alışıb yanan Kreml gümbəzlərinə qədər...

Terror təfəkküründən bəslənən erməni cəmiyyəti bu qənaətdədir ki, kimlərsə yenidən Ermənistana “etibarlı sevgili” kimi yanaşacaq və onlar da Azərbaycana qarşı “qisasa” fürsət tapacaqlar. Onların genetik terror düşüncəsində bir fikir hakimdir: Sülh müqaviləsi imzalanmasın, vaxt uzadılsın, ta ki zaman Ermənistanın üzünə güləcəyi vaxta qədər. Onsuz da Azərbaycanda kiçikdən böyüyə qədər hər kəs əla bilir ki, bu xain xalqdan bizə mehriban qonşuluq gözləmək mümkünsüzdür. 24 saat çobanından Nikol Paşinyanına qədər bütün erməni fərdlərin Azərbaycana, həm də qardaş Türkiyəyə qarşı amansız nifrət bəslədiyi bir toplum heç bir zaman bizimlə nəinki mehriban, heç qaşqabaqlı qonşuluq da edə bilməz. Qisas üçün alışıb yanan erməni toplumu, sadəcə, bizə qarşı hücum etmək üçün fürsət axtarır.

Müharibə 2 ildən çoxdur ki, bitib. Ara-sıra cəbhə xəttində axıdılan qanlı təxribatlardan fərqli olaraq, sülh müqaviləsinin qoxusu belə gəlmir. Ümumiyyətlə, sülh olacaqmı? Sual çox çətindir. Asılıdır “böyük oyunçulardan”. Moskva, Vaşinqton, Paris, London, eləcə də Tehran Qarabağda qanlı toqquşmaları sülhlə əvəz etməyə nədənsə “tələsmirlər”. Nəhənglərin murdar maraqları Qarabağda qanın qurumasına qəti imkan vermir. İndi isə danışıqlar prosesi dünya siyasətinin iki supergücü arasında var-gəl edir. Hazırda danışıqlar üçün start Vaşinqtondadır. Ukraynada keçmiş şoumen və aktyor Vladimir Zelenski ilə çaprışan Moskva heç vaxt Qarabağı da yaddan çıxarmır. Ruslar Qarabağı qəti unutmurlar və növbəti danışıqların Moskvada keçirilməsini israr edirlər. Sanki balacaboy Vladimir Putin aktyor Zelenskinin PUA-larından qorxmadığını, regiondakı prosesləri nəzarətdə saxladığını göstərmək istəyir hamıya. Amma hər kəs də anlayır ki, V.Putinin özünün ciddiyə almadığı keçmiş şoumen, doğrudan da, Rusiyaya daha dəhşətli şou göstərməyə hazırlaşır. Ya da bəlkə elə qoca Putinin oyunudur PUA məsələsi. Balacaboy leninqradlıdan nə desən çıxar...

Digər bir baxımdan Qarabağda bir həftədən çoxdur iki ölkə XİN rəhbərlərinin danışıqlar masasına oturması sanki qoca Co Baydenin təşəbbüsü V.Putinin əlindən aldığı təəssüratı yaradır. Belə görünür ki, Ağ Ev Qarabağ nizamlanmasına sanki heç vaxt olmadığı qədər olduqca aktiv qoşulmağa qərar verib. Sual olunur, NİYƏ? Sanki regionda Rusiya olmadan vəziyyətə özünün nəzarət etdiyini car çəkməyə cəhd edir. Amma bu, sadəcə, siyasi manevrdən başqa bir şey deyil. Çünki bu bölgədə əsas güc və söz sahibi Rusiyadır və hər nə qədər naməlum PUA-lar Kreml günbəzini “partlatsalar” da, Moskvanı hesabdan silmək siyasi gülünclüyün ən pisi olar. Rusiya zəifləyə bilər, amma onun tamamilə yıxıldığını düşünmək, sadəcə, sadəlövhlükdür. Rusiya Qarabağa dair qəbul olunacaq sülh müqaviləsinin onun maraqlarına uyğunluğuna diqqət edir. Praqmatik siyasətlə məşğul olanlar bilir ki, sülh sazişi Vaşinqtonda hazırlansa və Rusiya qərb tərəfindən çıxdaş edilsə, qəbul olunan heç bir sənədin işləməsi mümkünsüzdür. Rusiya əbədi bu regiondadır və onun proseslərə təsiri qərbdəkilərlə nisbətdə qat-qat çoxdur. Bəs Moskvada nələr olacaq, real danışıqlar yoxsa, yenə də vaxt aparmaq siyasəti? Sualı da çətindir, cavabı da. Amma bildiyim odur ki, “Qarabağ kartı” Vaşinqtonla Moskva arasında var-gəl edir. Müharibə bitsə də, nə qan quruyur, nə də qoxusu...

Mətləb Salahov