Ana bətnindəki körpə beyin əməliyyatı olundu

5 May 2023 17:32 (UTC+04:00)

Yerli mətbuatın xəbərinə görə ABŞ-də hamilə qadının 30 həftəlik körpəsində “Galen damarının qüsuru” adlı genetik xəstəlik olduğu müəyyən edilib.

Hər 60 min körpədən birində görülən bu xəstəlik, insanın ömür boyu sağlamlıq problemləri ilə yaşamasına səbəb olur. Bu beyindəki arteriyalar qanı kapilyarların yerinə birbaşa venalara axıdarkən baş verir. Beləliklə, ürək qanla dolur və təhlükəli dərəcədə yüksək qan təzyiqi yaradır. Eyni zamanda, onların 11 yaşından əvvəl ölüm riski 30 faizdir.

Boston Uşaq Xəstəxanası və Massaçusets Xəstəxanasından 10 nəfərlik həkim qrupu bu körpəni ana bətnində əməliyyat etmək qərarına gəlib.O, hamiləliyin 34-cü həftəsində əməliyyat olunub. Körpənin ana bətnində olarkən beynində bu xəstəliklə bağlı ilk əməliyyat kimi ədəbiyyata daxil olan cərrahi prosedur müvəffəqiyyətlə nəticələnib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, əməliyyatdan iki gün sonra körpə heç bir problem olmadan dünyaya gəlib