Kimsəsizlər üçün Bakıda iki xəstəxanada yer ayrılıb

5 May 2023 16:12 (UTC+04:00)

Bəlli yaşayış yeri olmayan, sığınacaqlarda yaşayan insanlarla bağlı tibbi göstəriş olduğunda koordinasiya şöbəsinin əməkdaşları tərəfindən ixtisaslaşmış xəstəxana seçilir və idarə olunur.

SİA xəbər verir ki, bunu TƏBİB-in İxtisaslı tibbi yardım departamentinin Koordinasiya şöbəsinin müdiri Mübariz Ağayev deyib. O qeyd edib ki, küçədə yaşayan, kimsəsiz adamlar üçün də Bakı şəhərində xüsusi xəstəxanalar ayrılıb:

“14 və 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanalarında kimsəsiz şəxslər üçün yer ayrılıb. Həmin xəstələrlə bağlı zərurət yarandığı halda digər ixtisaslaşmış xəstəxanalara da köçürülə bilirlər”.