"Azərbaycan gəncliyi Heydər Əliyevin vəsiyyətinə sahib çıxa bilirlər" - SƏDR BİLDİRİB

5 May 2023 12:08 (UTC+04:00)

"Bildiyiniz kimi cənab Prezident tərəfindən 2023- cü il "Heydər Əliyev ili" elan olunmuşdur. Bu münasibətlə ölkəmizdə silsilə tədbirlər keçirilməkdədir. "İRƏLİ" ictimai birliyi Ulu öndərin həm doğum günündə, həm də anım günündə müxtəlif tədbirlər həyata keçirir. Bu tədbirlərin həyata keçirilmə məqsədi Heydər Əliyev irsinin gənc nəslə təbliği, gənclərimizin vətənpərvərlik, azərbaycançılıq ideyasında yetişməsi, onların milli-mənəvi dəyərlərimizə sadiq, vətənini sevən intellektual gənclər kimi yetişməsinə dəstək olmaqdır". SİA xəbər verir ki, bu sözləri "İRƏLİ" ictimai birliyinin sədri Şahin Rəhmanlı deyib.

O bildirib ki, 132-134 saylı təhsil kompleksində keçirilən bu tədbir gənclərimizin, xüsusi ilə məktəblilərin Heydər Əliyev irsi ilə yaxından tanış olmasını özündə ehtiva edir: "Biz bu gün çalışırıq ki, Ulu Öndərin Azərbaycan gəncliyini görmək istədiyi məqama çatdıraq. Heydər Əliyev Azərbaycan gəncliyini vətənpərvər görmək istəyirdi, bu gün Azərbaycan gənci vətənpərvərdir, o, torpaqlarının keşiyində qürurla dayanıb. Heydər Əliyev gəncləri təhsilli və savadlı, güclü görmək istəyirdi. Bu gün Azərbaycan gənci müxtəlif elm sahələrində, təhsildə, idmanda uğur qazana bilir. Bunlar Heydər Əliyevin arzularıydı və bu gün Azərbaycan gəncliyi göstərir ki, onlar, Heydər Əliyevin vəsiyyətinə sahib çıxa bilirlər. Bundan sonra da biz Heydər Əliyevin irsini, ideyalarını yaşatmağa çalışacağıq. Daha yaxşı Azərbaycan üçün bütün gənclərimizlə səfərbər olacağıq".

Fazil Hənifəyev