Dövlət İmtahan Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konfrans keçirilir. SİA xəbər verir ki, konfransda Dövlət İmtahan Mərkəzinin rəhbərliyi və kollektivi, 2001 və 2002-ci illərdə qəbul imtahanlarında yüksək nəticə əldə etmiş və Ümummilli lider Heydər Əliyevlə görüşən ilk Prezident təqaüdçüləri, 2023-cü ildə keçirilmiş buraxılış imtahanlarında yüksək bal toplayan şagirdlər və ali təhsil müəssisələrinə qəbul imtahanlarında göstəriciləri yaxşı olan ümumtəhsil müəssisələrinin rəhbərləri iştirak edirlər.
Tədbirin əvvəlində “Heydər Əliyev İli” ilə bağlı hazırlanmış videoçarx nümayiş etdirilib.