Türkiyəli aktrisa Meral Konrat zəhərlənib

5 May 2023 02:38 (UTC+04:00)

Azərbaycanda "Təhminə" filmindəki obrazı ilə tanınan türkiyəli aktrisa Meral Konrat zəhərlənib. SİA xəbər verir ki,bu haqda aparıcı Elgiz Əkbər məlumat yayıb. O bildirib ki, aktrisa çiyələkdən zəhərlənib.

"Meralın səhhəti pisləşib. Çiyələk yeyib və zəhərlənib. Həm də allergiya olub. Hələ ki, Bakıdadır, amma o, yaxın günlərdə Tükiyəyə qayıtmağı planlaşdırır" deyə, Elgiz bildirib.