Malayziyada Ümummilli Liderin 100 illik yubileyi ilə bağlı sərgi keçiriləcək

4 May 2023 19:35 (UTC+04:00)

Milli Məclisin Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Vüqar Bayramov mayın 5-də Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərinə səfər edəcək.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Milli Məclisin deputatı burada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə və Azərbaycanla Malayziya arasında diplomatik əlaqələrin yaradılmasının 30-cu ildönümünə həsr edilmiş azərbaycanlı gənc rəssamların əsərlərindən ibarət sərginin açılışında iştirak edəcək.

Səfər mayın 11-də başa çatacaq.