Prezident Zəngilanda “Sarıqışlaq” SES-də tikinti işlərinin gedişi ilə tanış olub

4 May 2023 13:33 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Zəngilan rayonuna səfəri zamanı “Azərenerji” ASC-nin “Sarıqışlaq” Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış olub.

SİA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.