BSU-da beynəxalq elmi konfrans keçirilir - YENİLƏNİR

4 May 2023 10:58 (UTC+04:00)

Bu gün Bakı Slavyan Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycanşünaslığın aktual məsələləri” adlı beynəxalq elmi konfrans keçirilir. SİA xəbər verir ki, konfransda dünyanın müxtəlif nüfuzlu elm və təhsil müəssisələrinin tanınmış alimləri, o cümlədən gənc tədqiqatçılar, həmçinin respublikanın müxtəlif ali təhsil ocaqları və elmi tədqiqat institutlarının nümayəndələri iştirak edirlər.