"Hamınızı Qarabağda salamlayıram. Biz artıq 3-cü dəfədir ki, Suqovuşana yarış keçirtmək üçün gəlmişik". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov Suqovuşanda keçirilən "Prezident Kuboku-2023" beynəlxalq reqatasının açılış mərasimində qeyd edib.
Nazir bildirib ki, hər dəfə bura gələn, yarışda iştirak edən xarici ölkələrin sayı artır: "Bütün bu təşkilatçılıq dövlətin dəstəyi olmadan mümkün deyil. Bizim idmançılarımız daima dövlət başçımız İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın diqqət və qayğısını hiss edib. Mən bütün idmançılara uğurlar arzu edirəm".