Mehin Hümbətova paylaşımı ilə diqqət çəkib

4 May 2023 06:10 (UTC+04:00)

Ötən günlərdə müğənnilik fəaliyyətinə başlayan Mehin Hümbətova paylaşımı ilə diqqət çəkib. SİA xəbər verir ki, ifaçı ad çəkmədən şou-biznesdə əxlaqla bağlı çıxışlar edən şəxslərə söz atıb:

“Sənətin varsa, təqdim edəcəyin hər şey estetik görünür. Son zamanlar şou-biznes gündəmindən düşməyən əxlaq mövzularına fikir bildirmək istəyirəm. Əxlaq geyimimizin metrəsiylə deyil, düşüncələrimiz, niyyətimiz, ətrafa münasibətimiz və davranışımızla ölçülür. Geyim mövzusunu önə çəkib özümüzə xal qazanmayaq, xahiş edirəm”.