Süni intellekt mövzusunda növbəti plan nədir?

3 May 2023 21:06 (UTC+04:00)

Süni İntellekt məsələsində bizi ən çox həyəcanlandıran mövzu insanabənzər robotlardır, lakin bununla bağlı aparılan tәdqiqatlar hələ də istənilən səviyyədə deyil. Ancaq insan B planını həyata keçirib.

Bu günkü proqramımızda çip texnologiyası sahəsində görülən işlər, onun üstünlükləri və potensial təhlükələri haqqında danışacağıq. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Yaşayış məkanımızdakı hər şeyin son 15-20 ildə süni intellekt payı var. Növbəti addım insan beynini süni intellektlə birləşdirməkdir.

Mövzu ilə bağlı ən diqqətçəkən addım İlon Maskın insan beyni üzərində işləyən ''Nueuralink'' şirkəti tərəfindən atılıb.

Şirkət 2020-ci ilin ilk həftələrində beyin və kompüter arasında əlaqə yarada bilən mikroçipin meymunlar üzərində sınaqdan keçirildiyini və müvəffəqiyyət qazandığını açıqlayıb.

Sınaqda saçın dörddə biri enində olan 4 elektrod ip beyinə yerləşdirilib və onlara birləşdirilmiş çip istifadə edilib.

Keçən avqust ayında eşitmə cihazı kimi qulağın arxasına yapışdırılmış çip əvəzinə insan beyni ilə birbaşa əlaqə yaradan interfeysdən istifadə ediləcəyi açıqlanmışdı. İlk sınaqlar donuzlar üzərində həyata keçirilib.

İnsan kəlləsinə robot vasitəsilə yerləşdiriləcək çip bu iplərlə beyindəki müvafiq nöqtələrə birləşdiriləcək. Kənardan heç nə görünməyəcək.

Ancaq interfeysin kommersiya məhsulu olmaq üçün vaxta ehtiyacı var. Çünki əvvəlcə insan üzərində sınaqlar tamamlanmalıdır, sonra isə Amerika Qida və Dərman İdarəsindən icazə almalıdır.

Çip texnologiyası sahəsində çalışan şirkətlərə görə, araşdırmaların ilk məqsədi Alzheimer və Parkinson kimi xəstəliklərin qarşısını almaqdır. Ancaq istifadə sahələri təbii ki, bununla məhdudlaşmayacaq.

Yemək sifariş etmək üçün sizə telefon və ya kompütermi lazımdır? Artıq deyil. Məktub yazmaq üçün klaviaturadan istifadə etməyə belə ehtiyac yoxdur.

İlon Maskın sözlərinə görə, bütün bunları ağıllı bilərziyə bənzər çip edəcək.

Bəs insanlara kömək edən və onları super qəhrəmana çevirən bu texnologiya bu qədər məsum qalacaqmı?

Texniki yazıçıların fikrincə yox. İstifadə olunan implantlar bluetooth vasitəsilə beyin və kompüter arasında əlaqəni təmin edəcək.

Lakin bu, kibertəhlükəsizlik riskini sıfıra endirmir. Çünki implantların quraşdırılması və yenilənməsi mobil telefon proqramları vasitəsilə həyata keçiriləcək.

Kibertəhlükəsizlik üzrə ekspertlərin fikrincə implantasiya edilmiş beyinlər kiber hücuma məruz qala bilərlər. Bu hücumlar mobil telefonunuzu və ya bank hesablarınızı sındırmaqdan daha böyük risklər daşıya bilər.

Mümkün haker hücumu beyin bacarıqlarını və xatirələri silmək və ya dəyişdirmək üçün istifadə edilə bilər.