Qələbə günündə Moskvada hərbi parad keçirilməsi plandadır. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Kremlin sözçüsü Dmitri Peskovun hərbi paradla bağlı dediklərində əminlikdən daha çox, ehtimal hiss edilir.
Peskovun sözlərinə görə, planlarda heç bir dəyişiklik yoxdur. Lakin Rusiya prezidentinin mətbuat katibi başqa təfərrüatları açıqlamayıb.
Yeri gəlmişkən, bir qədər əvvəl Dmitri Peskov qeyd edib ki, Moskvada Qələbə Günü şərəfinə parad keçirməyə hazırlaşır.
Yeri gəlmişkən xatırladaq ki, Kremlin mətbuat xidməti bu gecə Kiyev rejiminin Vladimir Putinin Kreml iqamətgahına pilotsuz uçuş aparatları ilə zərbələr endirməyə cəhd etdiyini bildirib.
Qeyd edək ki, Moskvada bu hərəkətlər planlaşdırılan terror aktı və dövlət başçısının həyatına qəsd kimi qiymətləndirilir.
Ağasəf Babayev