Həndbol üzrə XXlX Azərbaycan kubokuna start veriləcək

3 May 2023 16:38 (UTC+04:00)

Mayın 9-da Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş həndbol üzrə XXIX Azərbaycan kubokuna start veriləcək. Bu barədə SİA-ya Federasiyadan məlumat verilib. Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının birgə təşkil etdiyi yarışda 7-si kişi, 5-i qadın olmaqla 12 komanda iştirak edəcək.

Kişilərin turnirində Bakı, Təhsil, Məhsul, İdman Akademiyası, Dinamo, RİOEUGİM, U-16 qələbə uğrunda mübarizə aparacaq.

Qadın həndbolçuların yarışında isə Azəryol, Qarabağ, İdman Akademiyası, Azərsu, U-16 kollektivləri kollektivləri qüvvəsini sınayacaq.

Mayın 10-da saat 15:00-da “AHFArena”da təntənəli açılış mərasimi keçiriləcək. Qaliblərin mükafatlandırılması və yarışın bağlanış mərasimi isə mayın 11-də baş tutacaq.