Dr.Elvin Əzizovu təqdim edirik

3 May 2023 11:17 (UTC+04:00)

Dr. Elvin Əzizov Mərkəzi Gömrük Hospitalında adenoidektomiya, tonzillektomiya, qulaq pərdəsinə parasentez boru yerləşdirilməsi, xarici qulağın plastikası, açıq və qapalı burun çəpər əyriliyi əməliyyatı, rinoplastika, burun polipləri və burun cibləri xroniki iltihablı xəstəliklərinin cərrahi yolla təmizlənməsi, boynun ön və yan divarının kistlərinin əməliyyatı, qırtlaq biopsiyaları və poliplərinin xaric edilməsi əməliyyatını həyata keçirir. SİA xəbər verir ki, dr. Elvin Əzizov 2007-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə profilaktika fakültəsini bitirmiş, 2007-2009-cu illərdə Ukraynada Xarkov Diplomdansonrakı Tibb Akademiyasının otorinolarinqologiya kafedrasında ordinatura, 2010-2013-cü illərdə isə aspirantura təhsili almışdır. O, 2013-2015-ci illərdə Xarkov Diplomdansonrakı Tibb Akademiyasının otorinolarinqologiya kafedrasında uşaq otorinolarinqoloqu kimi fəaliyyət göstərmişdir. Dr.Elvin Əzizov 2015-ci ildən Mərkəzi Gömrük Hospitalında həkim-otorinolarinqoloq kimi çalışır.

Dr. Elvin Əzizov 2014-cü ildə Ukraynanın paytaxtı Kiyev şəhərində A.S Kolomiyçenko adına Elmi Tədqiqat Otorinolarinqologiya İnstitutunda "Ağırlaşmış sinusitli xəstələrdə cərrahi müalicənin fotohemoterapiya istifadəsi ilə optimallaşdırılması" mövzusunda dissertasiya müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

Daim öz üzərində işləyən, qabaqcıl təcrübəni öyrənərək öz işində tətbiq edən Dr. Elvin Əzizov 2012-ci ildə Ukrayna həkim-otorinolarinqoloaqların elmi-tibbi birliyinin "LOR orqanlarının xroniki iltihabi xəstəliklərinin müasir müalicə və diaqnostika metodları" adlı elmi-praktiki konfransında, 2019-cu ildə Rusiyanın Sankt-Peterburq şəhərində burun boşluğu, paranazal sinusların və kəllə əsasının kadavra materialı üzərində endoskopik sinus cərrahiyyəsi kursunda iştirak etmişdir.

Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/elvin-azizov/. Həkimin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.