Küveytin https://bobiannews.net xəbər portalında “Görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyev” sərlövhəli məqalə dərc olunub.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Küveyt Dillər Universitetinin tələbəsi Varis Qaçayevin qələmə aldığı məqalədə müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyəti barədə ətraflı məlumat verilib.
Qeyd edilib ki, Heydər Əliyev XX yüzilliyin son dərəcə mürəkkəb və ziddiyyətli tarixi şəraitində fəaliyyət göstərmiş qüdrətli şəxsiyyətdir, Azərbaycan tarixinin böyük bir dövrü onun adı ilə sıx bağlıdır. Ulu Öndərin müasir dövlətimizin xarici ölkələrlə münasibətlərinin qurulması, beynəlxalq təşkilatlara üzv olması, Azərbaycanda uğurlu neft strategiyasının həyata keçirilməsi, Türk dünyasının ümumi maraq və mənafelər naminə konsolidasiyası istiqamətində əvəzsiz xidmətlər göstərdiyi, İslam aləmi, eyni zamanda, ərəb ölkələri ilə əlaqələrə xüsusi diqqət yetirdiyi, onun miras qoyduğu siyasi kursun hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb.
Məqalədə Ümummilli Lider Heydər Əliyevin Dünya Azərbaycanlılarının I Qurultayında söylədiyi “Mən həmişə fəxr etmişəm və indi də fəxr edirəm ki, mən azərbaycanlıyam” tezisinə də yer verilib.