“SOCAR-ın ixrac dəyərlərinə təsir edən amillərdən biri enerji məhsullarının dünya bazarındakı qiymətidir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, enerji məhsullarının dünya bazarındakı dəyişikliyi ümumilikdə Azərbaycana və eləcə də dünya neft şirkətinin ixrac həcminə birbaşa təsir göstərir: “Amma nəzərə alsaq ki SOCAR-ın digər iqtisadi göstəricilərində artımlar müşahidə olunur. Bu da ondan xəbər verir ki, SOCAR birinci rübdə istehsal və texnologiyanın transferi ilə bağlı müəyyənləşdirdiyi hədəflərə nail ola bilib. Lakin enerjinin dünya bazarındakı qiymətindən asılı olaraq bu ixracatın dəyər ifadəsinə birbaşa təsir göstərir. Bu hal gələcəkdə də hiss olunacaq”.