"ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə zəng edib". Bu barədə SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov bildirib.
Politoloq qeyd edib ki, ABŞ tərəfinin diqqətinə Laçındakı real vəziyyət və Ermənistanın atmalı olduğu addımlar çatdırılıb. Tərəflər arasında Azərbaycan - Ermənistan arasında sülh prosesi və Laçın yolundakı vəziyyət müzakirə edilib. ABŞ dövlət departamenti rəhbərinin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Vaşinqtonda olduğu və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan ilə görüşünün gözlənildiyi gün Prezident İlham Əliyevə zəng etməsi kritik görüş zamanı konkret detalların müzakirəsini də istisna etmir. Beləcə, Azərbaycan Ermənistandan fərqli olaraq siyasi çəkisini qoruyaraq prinsipiallıq nümayiş etdirir.