Para-pauerliftinq idman növü üzrə idmaçımız gümüş medal qazanıb

1 May 2023 14:55 (UTC+04:00)

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin para-pauerliftinq idman növü üzrə milli komandasının üzvü Şamo Aslanov Gürcüstanın Tbilisi şəhərində keçirilən Dünya kubokunda +107 kq çəki dərəcəsində 3 cəhdin cəmində 595 kq nəticə göstərərək gümuş medal qazanıb. Bu barədə SİA-ya Federasiyadan məlumat verilib.

Qeyd edək ki, idmançımız fərdi kateqoriyada 205 kq nəticə göstərərək yarışı 4 cü pillədə tamamlayıb.