Dərman vasitəsi ilə tibbi abort etməyə icazə veriləcək

1 May 2023 11:24 (UTC+04:00)

Yaponiyada ilk dəfə abort etmək üçün istifadə olunan həbin istifadəsinə icazə verilib. SİA xəbər xarici mətbuata istinadən verir ki, həb İngiltərənin “Linepharma” dərman şirkəti tərəfindən istehsal olunur. Hamiləliyin erkən dayandırılmasına imkan verən tibbi abort, ilk dəfə Yaponiyada mövcud olacaq.