21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi iyunda iki yoldaşlıq oyunu keçirəcək. AFFA-dan SİA-ya verilən məlumata görə, komanda Türkiyə və Qırğızıstanla qarşılaşacaq.
Türkiyə ilə oyun iyunun 17-də İstanbulda, Qırğızıstanla görüş isə üç gün sonra Bakıda təşkil olunacaq.