Ukraynadan bu çətin vəziyyətdə vaxt tapıb, bir neçə transport dəyişib Bakıya gələn komandam, gözəl qızlarım və xoreoqrafıma təşəkkür edirəm! Bütün treklərimi konsert formatına yığan ən bomba komandama təşəkkür edirəm! Məni dəstəkləyən, hər gün yazan və zəng edən dostlarıma təşəkkür edirəm. SİA xəbər verir ki, bu sözləri dünən "Formula 1"in finalında səhnəyə çıxan müğənni Səmra Rəhimli sosial mediada yazıb. Müzakirələrə səbəb olan səs-küylü çıxışından yazan müğənni şou üzərində uzun müddət çalışdıqlarını deyib.
"Dünəndən mənə xoş sözlər yazan, paylaşımlar edən hər kəsə çox təşəkkür edirəm! Bu konsert sizinlə belə möhtəşəm oldu! Enerjinizi hər zaman belə də qoruyun! Səhnədən hər birinizi görürdüm, mahnılarımı mənimlə bir yerdə ifa edən, əylənən, rəqs edən hər kəsi görürdüm!" , - ulduz qeyd edib.