Abbas Bağırov Xalq artisti ilə bağlı paylaşım edib

1 May 2023 03:44 (UTC+04:00)

Əməkdar artist Abbas Bağırov sosial şəbəkədə Xalq artisti Ənvər Sadıqovla bağlı paylaşım edib. SİA xəbər verir ki, sənətçi uzun illərdir çalışdığı musiqiçinin fotolarını səhifəsində izləyiciləri ilə bölüşərək onun doğum gününün olduğunu bildirib:

"Bu gün mənim əzizim, çox dəyərli, hörmətli qardaşım, 25 ildir yanında sevə-sevə çalışdığım, ustadım, Azərbaycan musiqisinin milli sərvəti, Xalq artisti, Milli Konservatorianın baş müəllimi, "Qaytağı" ansamblının yaradıcısı və rəhbəri Ənvər Sadıqovun doğum günüdür. Nə yaxşı ki, varsınız. Həmişə də var olun. Allah sizə möhkəm can sağlığı versin. Doğum gününüz mübarək".

Qeyd edək ki, sənətçinin 57 yaşı tamam olur.