Moskva küçələrində unikal və Rusiyada ilk “Pixel” adlı təmizləyici robotun peyda olması barədə paytaxt meri Sergey Sobyanin öz Telegram kanalında məlumat verib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Sobyanin, robot süpürkəçilərin Moskva Dövlət Universitetinin elmi və texnoloji vadisindəki Lomonosov klasterinin mütəxəssisləri tərəfindən hazırlandığını bildirib.