2023 "Formula 1" Azərbaycan Qran-prisinin qalibi müəyyənləşib

30 Aprel 2023 16:41 (UTC+04:00)

2023 "Formula 1" üzrə Azərbaycan Qran-prisində qalib müəyyənləşib.

SİA xəbər verir ki, "Red Bull" pilotu Serxio Peres yarışın qalibi olub.

Komanda yoldaşı Maks Ferstappen ikinci, "Ferrari"dən Şarl Lekler üçüncü pillədə qərarlaşıb. "Aston Martin"dən Fernando Alonso dördüncü, "Ferrari"nin digər sürücüsü Karlos Sayns beşinci olub. 7 qat dünya çempionu, "Mercedes"də çıxış edən Lüis Hemilton Qran-prini altıncı sırada bitirib.