"Ölkəmizdə nə qədər nüfuzlu yarış keçirilsə bir o qədər yaxşıdır".
Bu üözləri SİA-ya açıqlamasında yunan-roma üzrə güləşçi Taleh Məmmədov bildirib.
O qeyd edib ki, bu cür yarışlar insanların idmana olan marağını artırır. Bütün bunlar həmçinin yerli idmançılara böyük motivasiya verir:""Formula 1" yarışı bizim ölkəmizin tanınmasında mühüm rol oynayır. Bizim ölkəmizdə demək olar ki, hər il bu cür maraqlı beynəlxalq yarışlar keçirilir. Başda cənab Prezident İlham Əliyev olmaqla idmana qayğı və diqqət göz önündədir. Yarışların təşkil edilməsi baxımından isə əminəm ki, bizim ölkəmiz kimi 2-ci bir dövlət yoxdur ki, belə səviyyəli şəkildə təşkil edilsin".