"A Patriot" prodüser şirkəti ilə fikir ayrılığına görə ayrılan fransız aktrisa Eva Qrin ötən ilin yanvarında açdığı milyon dollarlıq iddia ilə gündəmə gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, prodüser şirkəti də 5 milyon dollarlıq əks iddia qaldıraraq, Eva Qrinin istəklərinin bitmədiyini və müqavilədən imtina etdiyini bildirib.
Məşhur aktrisa London Ali Məhkəməsindəki işi qazanıb. Davadan sonra açıqlamalar verən aktrisa, "Sevdiyim və razılaşdığım gözəl bir filmin müdafiəsi üçün sonuna qədər vuruşdum. Ədalət qalib gəldi” ifadələrini işlədib.
Prodüser şirkəti "Məhkəmənin qərarından və nəticələrindən məyus olduq. Apellyasiya da daxil olmaqla, variantları nəzərdən keçiririk" deyib.