"Bu gün müjdəli bir xəbərlə qarşınızdayıq. Beləliklə Azərbaycan Qran-prisinin müddəti uzadıldı. Bundan sonra daha 3 il ərzində də Bakımızda "Formula 1" yarışları keçiriləcək". SİA xəbər verir ki, bu sözləri BŞH-nın mətbuat katibi Turab Teymurov bildirib.
Qurum rəsmisi qeyd edib ki, 2026-ci ilədək "Formula 1" yarışları ölkəmizdə keçiriləcək: "Mətbuat katibi olaraq yarışımızın faydaları barədə çox danışa bilərəm. Lakin ilk növbədə onu qeyd etmək istəyirəm ki, bu il çərçivəsində müqavilənin uzadılması ilə xüsusi əhəmiyyət kəsib edir. 7 il ərzində biz bir çox yeniliklərə imza atdıq. Buna tribunaların dolu olması və biletlərinin satılmasını misal göstərmək olar. 100-dən çox ölkədən bizim ölkəmizə gəlib, bu yarışı izləyən turistlər var".